XƏBƏRLƏR

UNUDA BİLMƏRİK HEÇ ZAMAN SƏNİ  

12 dekabr, 2023

Dünya azərbaycanlılarının, eləcə də bütün türk dünyasının ümummilli və əvəzedilməz lideri, Qoca Şərqin azadlıq günəşi, dahi Heydər Əliyevin əziz və müqəddəs xatirəsinə

 

Mən yada salıram ötən illəri,

Gördüyün işləri, xoş zəfərləri.

Dünyada ucaltdın bizim elləri,

Unuda bilmərik heç zaman səni.

 

Bu xalqın döyünən ürəyi oldun,

Yıxılan evlərin dirəyi oldun.

Sən türk dünyasının gərəyi oldun,

Unuda bilmərik heç zaman səni.

 

Hər eldə obada izin qalıbdı,

Hər yanan ocaqda közün qalıbdı.

Allah kəlamı tək sözün qalıbdı,

Unuda bilmərik heç zaman səni.

 

Şöhrəti dünyaya yayılan insan,

Kəbə tək müqəddəs sayılan insan,

Nurlu könüllərə yol tapan insan,

Unuda bilmərik heç zaman səni.

 

Ulu sevgi kimi canda yaşarsan,

Ürəkdə yaşarsan, qanda yaşarsan.

Bizim qəlbimizdə həmişə varsan,

Unuda bilmərik heç zaman səni.

 

Hamıya haqq yolu-düz yol göstərdin,

Bizim yolumuzu nura döndərdin.

Millətə azadlıq, xoşbəxtlik verdin,

Unuda bilmərik heç zaman səni.

 

Vətən bayrağını ucaltdın göyə,

Sən bütün dünyada "can Vətən",-deyə.

Günəş tək sönməyən bir insan deyə,

Unuda bilmərik heç zaman səni.

 

Xalqın and yerisən, səcdəgahısan,

Ümidi, inamı, qibləgahısan.

Keçmişi, bu günü, xoş sabahısan.

Unuda bilmərik heç zaman səni.

 

Sevən ürəklərin şah damarısan,

Sən Odlar Yurdunun öz memarısan.

Nə qədər həyat var əbədi varsan,

Unuda bilmərik heç zaman səni.

 

Millətin qurumur gözünün yaşı,

Göz yaşı isladır, torpağı, daşı.

Sən Allah adamı, Tanrı qardaşı,

Unuda bilmərik heç zaman səni.

 

Vahid Əlioğlu

ADU-nun əməkdaşı, Birinci Qarabağ müharibəsi veteranı