XƏBƏRLƏR

ADU-nun əməkdaşları Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Təhsil Kompleksinə səfər ediblər

12 dekabr, 2023

  Dekabrın 8-də Azərbaycan Dillər Universiteti “Əlavə təhsil, təcrübə və karyera” şöbəsinin təşkilatçılığı ilə Psixologiya kafedrasının əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Təhsil kompleksində “Təlim və tərbiyənin aktual psixoloji  problemləri” mövzusunda görüş keçirilib.

Bildirilib ki, görüşdə  Psixologiya kafedrasının əməkdaşları - kafedra müdiri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Ceyhun Alıyev “Şagirdlərdə təlim motivasiyası: növləri və xüsusiyyətləri”, Psixologiya üzrə fəlsəfə doktoru, dosent Şəlalə Babayeva  “Sürətli oxu və anlama texnikaları”, baş müəllim Gülnarə Rizayeva “Yeniyetmə-valideyn münasibətləri: səmərəli ünsiyyəti necə qurmalı ? (Art terapiya texnikası ilə )”, baş müəllim Könül Haqverdiyeva “Yeniyetmələrin fərdi-psixoloji inkişafı ilə bağlı psixoloji maarifləndirmə”, müəllim Ceyhunə Dəmirova  “İmtahan stressi və onun aradan qaldırılması” (workshop) mövzuları ilə çıxış ediblər.