XƏBƏRLƏR

“Heydər Əliyev 100: Dövlət və xalqın xidmətində” mövzusunda tədbir keçirilib

11 dekabr, 2023

  2023-cü il dekabrın 8-də Azərbaycan Dillər Universitetində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev 100: Dövlət və xalqın xidmətində” mövzusunda tədbir keçirilib. ADU   Ərazi partiya təşkilatının və Yeni Klubun təşkilatçılığı və dos.Qorxmaz Mustafayevin moderatorluğu ilə keçən tədbir Azərbaycan Respublikasının himni, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin anılması ilə davam edib. 

ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, çıxışında müasir Azərbaycan dövlətinin yenidən qurulmasında, müstəqil dövlətə qarşı təhlükələrin qarşısının alınmasında, beynəlxalq münasibətlərdə sözünü deyən dövlətə çevrilməsi istiqamətində yorulmaz fəaliyyət göstərməsində Ümummilli lider Heydər Əliyevin  əvəzsiz xidmətlərini və həmişə xalqa arxalandığını diqqətə çatdırıb. Ulu öndərin layiqli davamçı kimi Prezident İlham Əliyevin ölkəmizin daha da gücləndirilməsində, əldə etdiyimiz qələbədə dövlət-xalq birliyindəki rolunu qeyd etdi. 

Tədbirdə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov iştirak edib və tədbir iştirakçılarına uğurlar arzulayıb. Sonra ADU-nun prorektoru prof. Novruz Məmmədov Heydər Əliyevlə bağlı maraqlı xatirələrini danışıb.

Dos. Şəlalə Bağırova  “Heydər Əliyev və xalq birliyi” mövzusunda çıxış edərək Ulu öndərin dövlət quruculuğunda siyasi iradəsi, xalqın maraqlarının qoruması istiqamətində əvəzsiz fəaliyyətini diqqətə çatdırıb.  “Yeni Klub”un sədri, 425b qrup tələbəsi Gülüstan Kərimli “Dövlət siyasətində gənclərin rolu” mövzusunda çıxış edərək dövlətin gənclərə qayğısından danışıb. 265a qrup tələbəsi Arzu Quliyeva “Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq siyasətində dünya azərbaycanlılarının yeri” mövzusunda, 424a qrup tələbəsi Fidan Fərzəliyeva isə “Ulu öndər Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisidir” mövzusunda çıxış ediblər. 

Tədbir Ümummilli lider Heydər Əliyevin gənclər siyasətinə və milli mədəniyyətin qorunmasındakı roluna həsr olunmuş videoçarxların nümayişi ilə sona çatdırılıb.