XƏBƏRLƏR

ADU-nun dosenti beynəlxalq təlimi müvəffəqiyyətlə tamamlayıb

08 dekabr, 2023

ADU-nun Təhsil 1 fakültəsinin nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti fil.f.d. Gülənbər Pirnəzərova Dövlət İmtahan Mərkəzində  Avropa Birliyinin maliyələşdirdiyi “İmtahanlarda, müsahibələrdə və xidməti fəaliyyətin qiymətləndirilməsində səriştə əsaslı vasitələr üzrə müstəqil ekspertlər üçün təlimi” müvəffəqiyyətlə tamamlayıb.

Təlim proqramına “Səriştə Əsaslı İnsan Resurslarının İdarə Edilməsi”, “Azərbaycan Respublikası Dövlət Qulluğu üzrə Ümumi Səriştələrin Yeni Səriştə Modeli”, “Səriştə Əsaslı İşə  Qəbul Prosesi”, “Səriştə Əsaslı Xidməti Fəaliyyətin İdarə Edilməsi” , “Səriştə Əsaslı Öyrənmə və Peşəkar İnkişaf” modulları daxildir.

Gülənbər Pirnəzərova bütün modulları müvəffəqiyyətlə tamamlamaqla, təlim modullarının prinsipləri və praktikası haqqında hərtərəfli məlumata malik olduğunu nümayiş etdirib və iştirakçıya bu sahədə başqaları üçün təlim keçmək üçün zəruri  bilik və bacarıqlar öyrədilib.