XƏBƏRLƏR

“Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində tədbir keçirilib

08 dekabr, 2023

  Azərbaycan Dillər Universitetində (ADU) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən “Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində "#Könüllüol!" tədbiri keçirilib.

Görüşdə müxtəlif kurslarında təhsil alan tələbələrə Azərbaycan Könüllü Təşkilatları İttifaqı və üzv təşkilatlar barədə ətraflı məlumat verilib. Eyni zamanda, AKTİ-yə üzv olan təşkilatların təqdimat videoçarxı nümayiş olunub.