XƏBƏRLƏR

Daxili Keyfiyyət Təminatı komissiyasının növbəti iclası keçirilib

07 dekabr, 2023

Daxili Keyfiyyət Təminatı komissiyasının növbəti iclası keçirilib. İclasda komissiyanın fəaliyyət planına əsasən üzvlərin universitet üzrə apardığı təhlillərin hesabatı, Tədris infrastrukturunun vəziyyəti, İnformasiya idarəetmə sisteminin vəziyyəti, Fakultələr üzrə aparılan monitorinqin nəticələri, sənədləşmənin vəziyyəti və s. məsələlər müzakirə edilib.

Keyfiyyətin Təminatı və Monitorinq şöbəsinin müdiri dosent Vüsalə Ağabəyli bildirib ki, komissiyanın fəaliyyəti ilə bağlı Elmi Şuraya hesabat verib, aşkarlanan nöqsanları və problemləri səsləndirilib.

Pedaqogika kafedrasının müdiri dosent Nigar Zeynalova kafedralar üzrə sənədləşmənin vəziyyəti ilə tanış olduğunu, dərs vəsaitləri, sillabuslar, proqramlar əsasında geniş təhlil apardığını və hesabat hazırladığını bildirib.

Dosent Mehriban Babaxanova təlim və tədris resurslarının vəziyyəti haqqında, dosent Təranə Həsənova informasiya idarəetməsi vəTərcümə fakültəsində sənədləşmənin vəziyyətindən, dosent Vəfa Babayeva Təhsil 1, Təhsil 2, Filologiya fakultələrində sənədləşmənin vəziyyəti və aşkarlanan nöqsanlardan, dosent Aqil Şahmuradov Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakultəsində tədris göstəricilərimin vəziyyətindən danışıb.

HİK-in sədri Misgər Məmmədov bildirib ki, bu cür nöqsanları aşkarlamaq önəmlidir, çünki nöqsanları tapıb, təhlil edib və həlli yollarını da müzakirə etməklə inkişafa nail olmaq mümkündür. 

İclasın sonunda komissiyanın planına əsasən növbəti istiqamətlər üzrə fəaliyyət göstərmək qərarı alınıb.