XƏBƏRLƏR

ADU-nun müəllimi respublika elmi-praktik konfransında iştirak edib

07 dekabr, 2023

Azərbaycan Dillər Universitetinin (ADU) Linqvokulturologiya kafedrasının baş müəllimi Aysel Səfərova 1-2 dekabr tarixlərində Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının yaradılmasının 25 illik yubileyinə həsr olunmuş təntənəli mərasimində və “Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası Ulu öndər irsinin daşıyıcısıdır” adlı respublika elmi-praktik konfransında iştirak edib. 

Aysel Səfərova konfransda “Siyasi diskursada metaforlaşma” mövzusunda məruzə edib.