XƏBƏRLƏR

“Heydər Əliyev görkəmli siyasi və dövlət xadimi” mövzusunda tədbir keçirilib

06 dekabr, 2023

  Dekabrın 6-da Azərbaycan Dillər Universitetində (ADU) Magistratura şöbəsi və Pedaqogika kafedrasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Heydər Əliyev görkəmli siyasi və dövlət xadimi” mövzusunda  tədbir keçirilib.

Tədbirdə şöbənin əməkdaşları, Pedaqogika kafedrasının müəllimləri və tələbələr iştirak ediblər.

Tədbirdə Heydər Əliyevin hakimyyətə gəlməsindən sonra baş verən əsaslı və köklü dəyişiklər, uğurlu siyasəti nəticəsində ölkənin dünya nüfuzunda tanınması, ölkə hüdudlarından kənarda Azərbaycanın adının yüksək səviyyədə anılması haqqında danışılıb.

Magistratura şöbəsinin II kurs tələbələrinin görkəmli şəxsiyyət Heydər Əliyevlə bağlı maraqlı və ətraflı çıxışları dinlənilib, həmçinin, video-çarxlar izlənilib.

 Sonda müəllimlər belə nümunəvi dərslərin silsilə şəkildə keçiriləcəyini vurğulayıblar.