XƏBƏRLƏR

“1 dekabr QİÇS-lə mübarizə günüdür” adlı tədbir keçirilib

06 dekabr, 2023

  Azərbaycan Dillər Universitetinin (ADUMülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının baş müəllimi Rəna Əhmədovanın Tərcümə fakültəsinin III kurs (348a qrup) tələbələri ilə birgə hazırladıqları “1 dekabr QİÇS-lə mübarizə günüdür” adlı tədbir keçirilib.

Tədbirdə kafedra müdiri dos. S. Zamanova, kafedranın müəllimləri, dekanlıq nümayəndələri və III kurs tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Rəna Əhmədova tədbirin mahiyyəti haqqında məlumat verib.  Sonra tələbələrin mövzü ilə bağlı hazırladıqları video-çarxlar nümayiş olunub.

Həmin video-çarxlar arasında tələbələr-  Nazilə Nəsirova, Yeganə Məhərrəmzadə və Nərmin Babayevanın şəhər əhalisindən  və universitetin tələbələrindən götürdükləri  “QİÇS nədir?” adlı  məlumat xarakterli sorğu da təqdim olunub.

Tələbələr xəstəliyin əlamətləri, yayılma yolları, profilaktikası və müalicəsi haqqında da geniş məlumat veriblər.

Tədbirin sonunda kafedra müdiri dos. S. Zamanova, baş müəllimlər- Nahidə Məmmədova, Zümrüd Hüseynova və müəllim Aygün Kərimova çıxışlarında, QİÇS-lə mübarizə istiqamətində gənclərin məlumatlandırılması məqsədilə keçirilən belə tədbirlərin vacibliyindən danışıb,  təqdirəlayiq olduğunu qeyd ediblər.