XƏBƏRLƏR

ADU-da AZTV-nin jurnalisti Kamil Eldaroğlu ilə görüş keçirilib

06 dekabr, 2023

 Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan ədəbiyyatı kafedrasının Beynəlxalq jurnalistika ixtisası üzrə müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent  Aynurə Hüseynovanın təşəbbüsü ilə AZTV-nin jurnalisti Kamil Eldaroğlunun jurnalistika ixtisasında təhsil alan tələbələrlə görüşü keçirilib.

Görüşdə dosent A. Hüseynova Kamil Eldaroğlunun jurnalistika sahəsindəki fəaliyyəti haqqında məlumat verib.

Sonra Kamil Eldaroğlu konfilikt jurnalistikasında peşəkarlıq məsələsi ilə bağlı fikirlərini tələbələrlə bölüşüb. Qonaq, həmçinin, müharibə zamanı mediadakı "fake news", 44 günlük Vətən müharibəsi, Fransada çəkiliş zamanı "Aztv" xəbər komandasının yaşadığı gərginlik, İsrail-Həmas müharibəsi zonalarında jurnalistin davranış qaydaları və başqa mövzular ətrafında maraqlı mövzulara toxunub.

Görüş tələbələrin sualları ilə davam edib.