XƏBƏRLƏR

ADU-nun müəllimi konfransda iştirak edib

06 dekabr, 2023

  Azərbaycan Dillər Universitetinin (ADU) Azərbaycan ədəbiyyatı kafedrasının Beynəlxalq jurnalistika üzrə dosenti, fil.f.d. Aynurə Hüseynova 1-2 dekabr tarixlərində Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının yaradılmasının 25 illik yubileyinə həsr olunmuş təntənəli mərasimində və “Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası Ulu öndər irsinin daşıyıcısıdır” adlı respublika elmi-praktik konfransında iştirak edib.

Dosent  Aynurə Hüseynova konfransda “Heydər Əliyevin Xocalı soyqırımına verdiyi qiymət” mövzusunda məruzə edib.