XƏBƏRLƏR

ADU-da “Bir Könüllü” təşkilatı ilə bağlı məlumatlandırma sessiyası keçirilib

05 dekabr, 2023

 Azərbaycan Dillər Universitetində (ADU)  “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin məlumatlandırma sessiyası həyata keçirilib. 
Tələbələrin iştirakı ilə keçirilən sessiyada təşkilata üzvlük prosesi, könüllülük fəaliyyətinin üstünlükləri, gələcək layihələri barədə ətraflı məlumat verilib, həmçinin, tələbələr arasında əyləncəli və interaktiv oyunlar keçirilib.
Tədbirdə “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin yeni ofisi, həmçinin həyata keçirdiyi layihələri əks etdirən video-çarxlar da nümayiş etdirilib.