XƏBƏRLƏR

MEDİA və "AzerGold" QSC-nin birgə təşkilatçılığı ilə “Kreativ Media - Bakı” adlı məzmun müsabiqəsinin qalibləri təltif olunub

01 dekabr, 2023

  Azərbaycan Respublikası Medianın İnkişaf Agentliyinin “Yeni Media mühitində təhsil və məşğulluq imkanları” adlı “Medialab” layihəsinin hesabat konfransı keçirilib. Konfransda jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan şəxslər üçün geniş imkanlar açan “Medialab” layihəsinin gənclərə verdiyi töhfədən söhbət açılıb. Eyni zamanda Medianın İnkişafı Agentliyinin təşəbbüsü, ”AzerGold” MMC-nin təşkilati dəstəyi ilə ərsəyə gələn “Kreativ Media Bakı” məzmun müsabiqəsinin qalibləri açıqlanıb.

 Müsabiqədə Azərbaycan Dillər Universitetinin (ADU) “Jurnalistika” ixtisasının II kurs tələbələri- Oruc Ələsgərov, Səbinə Alıyeva və Rəfiqə Abdinova yaratdıqları “Fəxarət” qəzeti ilə “Ən yaxşı qəzet nominasiyasında qalib gəliblər. “Jurnalistika” ixtisasının IV kurs tələbəsi Firuzə Məlikzadə isə “Ən yaxşı reportaj “ nominasiyası üzrə qaliblər siyahısında yer alıb.

Azərbaycan Dillər Universitetinin “ Beynəlxalq Jurnalistika “şöbəsinin müdiri, b/m. Nərgiz Qurbanlı agentliklə universitetin qarşılıqlı əməkdaşlığına verdiyi töhfələrə görə təşəkkürnamə ilə təltif olunub.