XƏBƏRLƏR

“Ulu öndər Heydər Əliyevin elm və təhsil siyasəti” - tədbir

30 noyabr, 2023

29 noyabr 2023-cü il tarixində “Heydər Əliyev ili” ilə bağlı tədbirlər planının icrası ilə əlaqədar ADU-nun Filologiya fakültəsi nəzdində Xarici dillər kafedrasının müdiri dosent Naibə Camalzadənin təşəbbüsü ilə növbəti dəyirmi masa təşkil olunmuşdur.

“Ulu öndər Heydər Əliyevin Elm və Təhsil siyasəti”nə həsr edilmiş tədbirdə Filologiya Fakültəsinin dekanı prof. Ş.H.Xəlili, Regionşünaslıq kafedrasını müdiri prof.S.F.Əliyeva, Fəlsəfə və İctimai Elmlər kafedrasının müdiri dos.Ə.M.Abdiyeva, Xarici dillər kafedrasının əməkdaşları dos. Ş.H.Şabanov, dos.F.S.Səlimova, b.m. E.F.Baxışova, b.m. S.Z.Abuzərli,  b.l. Ş.İ.Əliyeva  Heydər Əliyevin təhsilə və elmə verdiyi qiymət və dəstək haqqında çıxışlar etdilər.

Məruzələrdə Ulu Öndərin genişmiqyaslı fəaliyyətində təhsilin inkişafının  prioritet sahə kimi mühüm yer tutması xüsusi qeyd edildi. Tədbirdə eyni zamanda Filologiya fakültəsinin 146 və 335-ci qrup tələbələri Heydər Əliyevin kəlamlarını alman, fransız, ingilis və rus dillərində səsləndirdilər.