XƏBƏRLƏR

“Heydər Əliyev - poeziya və mədəniyyət” adlı tədbir təşkil edilib

30 noyabr, 2023

ADU-nun Təhsil-2 fakültəsinin rus dili üzrə baş müəllimi Sabina Rəhimovanın rəhbərliyi ilə 321B qrupu 2023-cü il Ümummilli lider Heydər Əliyev ili çərçivəsində “Heydər Əliyev-poeziya və mədəniyyət” adlı tədbir təşkil edib. Tədbirdə tələbələr Heydər Əliyevin mədəniyyət sahəsinə olan diqqət və qayğısından bəhs ediblər. Onun Azərbaycan poeziyasına olan xüsusi diqqəti vurğulanıb. Tələbələrin iştirakı ilə görkəmli Azərbaycan şairəsi Natavanın yaradıcılıq fəaliyyətindən bəhs edən qısa səhnəciklər nümayiş olunub. 

Yalnız poeziyaya deyil, ümumi olaraq Azərbaycan mədəniyyət sahəsinə böyük töhfələr verən mədəniyyət nümayəndələri haqqında qısa məlumatlar verildi. Viktorina şəklində təşkil olunmuş səhnəciklərdən sonra  görkəmli incəsənət nümayəndələrimizin adları tələbələr tərəfindən səsləndirilib. Tədbirdə Heydər Əliyevin Şuşada Vaqifin məqbərəsinin açılışında iştirakı ilə bağlı kiçik rolik nümayiş olunub. 

Tədbirə eyni zamanda Xətai rayonu 56 saylı orta məktəbin 10-cu sinif şagirdi Kərimov Xeyrulla və universitetimizin Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin tələbəsi 374-cü qrup tələbəsi Hüseynzadə Tahir də iştirak ediblər. 

Təhsil-2 fakültəsinin dekanı dosent Salman Nuriyev və kafedranın müdiri dosent Aida Sobor, kafedranın əməkdaşları iştirak ediblər. Aida Sobor çıxış edərək tələbələri tədbirdə uğurlu iştiraklarına görə təbrik edib və onlara gələcək haytlarında müvəfəqiyyətlər arzulayıb. Tədbir tələbələrin ifasında “Qarabağ” mahnısının səsləndirilməsi ilə sona çatıb.