XƏBƏRLƏR

“Qadınlara qarşı zorakılığa yox deyək!” - dəyirmi masa

30 noyabr, 2023

Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar ADU-nun Linqvokulturologiya kafedrasının müdiri vəzifəsini icra edən dosent Vüsalə Ağabəylinin təşəbbüsü, kafedranın baş müəllimi Səidə Orucovanın təşkilatçılığı 201a, b qruplarının iştirakı ilə “Qadınlara qarşı zorakılığa yox deyək!” mövzusunda dəyirmi masa təşkil olunub. Tədbirdə Təhsil 1 və Təhsil 2 fakültələrinin dekanları prof.F.Cahangirov, dos.S.Nuriyev, kafedra müdirləri dos.V.Ağabəyli, dos. N.Zeynalova, dos.K.Hacıyeva, Psixologiya kafedrasından p.f.d. Ş.Babayeva, o cümlədən Linqvokulturologiya kafedrasının əməkdaşları və hər iki fakültənin tələbələri iştirak edib. 

Dos.V.Ağabəyli tədbiri giriş sözü ilə açaraq, müasir dünyamızda bu mövzunun nə qədər aktual olduğunu, gənclərimizin maarifləndirilməsinin vacibliyini vurğulayıb, prof .F.Cahangirov , dos.S.Nuriyev sosial şəbəkələrin, ətraf mühitin qadın zorakılığına təsirindən danışıb. Fil.f.d. M.Hacıyeva qadın zorakılığının qarşının alınmasının ən doğru yollarından biri olaraq onların təhsil almalarını, hüquqlarını bilmələrini, ayaq üstə durmağı bacarmalı olduqlarını qeyd edib. Dos.N.Zeynalova, dos.K.Hacıyeva , Ş.Babayeva, X. Cəlilova mövzu barədə geniş fikir mübadiləsi aparıblar.  

201 a, 201 b qrup tələbələri Sahnur Quliyev, Lamiyə və Ləman Əliyevalar, Xədicə Məmmədova bir ailədaxili münaqişəni canlandırıblar. Ailədə şiddət görmüş gənc qadın çıxış yolu axtarır. İştirakçılar bu axtarışa öz münasibətlərini bildirib, tövsiyələrini veriblər. 

Geniş müzakirələrlə davam edən tədbir, tələbələrin bu mövzuyla bağlı təqdim olunan posterdə, “Qadın zəif deyil, zərifdir!”, “Qadın bir çiçəkdir, onu solmağa qoyma!”, “ Qadını vurma, ona vurul!”, “ Zəif qadın yoxdur, hüquqların bilməyən qadın var!” və s. qeydləri ilə yekunlaşıb.