XƏBƏRLƏR

“Heydər Əliyev gələcəyimizin təminatçısıdır” – açıq dərs

30 noyabr, 2023

Noyabrın 27-si ADU-nun Təhsil -1 fakültəsi nəzdində Xarici Dillərin tədrisi metodikası kafedrasının baş müəllimi Jalə Salmanova təşkilatçılığı ilə ADU-nun Xarici dillərin tədrisi metodikası və metodologiyası (Fransız dili),  Dil və ədəbiyyatın tədrisi metodikası və metodologiyası (Fransız dili) ixtisası üzrə təhsil alan 212 və 216-cı qrup magistr tələbələrinin iştirakı ilə “Heydər Əliyev gələcəyimizin təminatçısıdır” adlı – açıq dərs təşkil edilib. 

Dərsin ilk hissəsi Ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən təqdimatla başlayıb. Jalə Salmanovanın təqdimatından sonra magistr tələbələri öz çıxışlarında Heydər Əliyevin müasir gənclərin həyatında buraxdığı izlərdən, gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrin nüfuzlu universitetlərində təhsili, gənclərin sosial problemlərinin həlli istiqamətində gördüyü işlərdən və Heydər Əliyev irsinin gənclərə aşılanmasıdan bəhs ediblər. 

Həmçinin, dərs zamanı fransız dilində magistr səviyyəsi üzrə təhsil alan tələbələr Ümummilli lider Heydər Əliyevin kəlamlarını fransız dilinə tərcümə edərək hər iki dildə səsləndiriblər.