XƏBƏRLƏR

Pakistanda “Dayanıqlı Şəhərlər və İcmalar” seminar təşkil edilib

30 noyabr, 2023

29 Noyabr 2023-cü il tarixində Azərbaycan Dillər Universitetin Pakistandakı Azərbaycan Dil və Mədəniyyət Mərkəzi NUML universitetinin tələbə və müəllim kollektivi üçün “Dayanıqlı Şəhərlər və İcmalar” (“Sustainable Cities and Communities”) mövzusunda seminar təşkil edib.

ADM mərkəzi tədbiri Pakistanın Şəhər İnkişaf hakimiyyətinin rəhbər şəxsləri və NUML-ın bir neçə fakültəsininin, Xarici Dillər və İdarəetmə və Dövlət Siyasəti fakültələrinin, iştirakı ilə həyata keçirib. 

Tədbirin məqsədi tələbə və akademik heyətin diqqətini BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri”nə yönəltmək, onlar arasında iqlim dəyişikliyinə qarşı mübarizə yolları ilə bağlı məlumatlandırmaq, gələcək nəsillər üçün sağlam və dayanıqlı yaşam şəraitinin təşkili üçün təhsil bütün sahələrinin biri-biri ilə necə əlaqələndiməli olduğunu vurğulamaq idi.

Seminar Şəhər İnkişaf hakimiyyətinin Ətraf mühit üzrə baş direktor Xanım Zenia Hamyun Sanik, İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri xanım Abeera Dilavar tələbələrə interaktiv seminar keçiblər.

Seminarda iştirakçılar dörd qrupa bölünüb və “Şəhərlərdə nəqliyyat, infrastruktura, su idarəetməsi, enerji sahələrində necə dayanıqlılığa nail olmaq olar?” sualı ətrafında müzakirə aparıblar. Tədbirdə xüsusi qonaq qismində iştirak edən Xarici Dillər fakültəsinin dekanı Prof Dr Jamil Asghar Jami Azərbaycan Dil və Mədəniyyət Mərkəzinin belə önəmli məsələyə diqqət çəkdiyi və tədbirin təşkili üçün təşəkkür edib. O vurğulayıb ki, NUML uzun zamandır ki, “Dayanıqlı İnkişaf Məqsədləri”-nin təbliği məqsədilə tədbirlər təşkil edir və hətta xüsusi tədqiqat qrupunu da yaradıb. Buna görə mərkəzin bu tədbiri təşkil etməsi universitin daxili siyasətinin təbliğinə də töhvə vermiş olub.