XƏBƏRLƏR

“Azərbaycan obrazı” Elmi-Tədqiqat Laboratoriyasının ilk iclası keçirilib

29 noyabr, 2023

28.11.2023-cü il tarixində ADU-nun “Azərbaycanşünaslıq” Elmi Mərkəzi nəzdində “Azərbaycan obrazı” Elmi-Tədqiqat Laboratoriyasının ilk iclası keçirilib. İclasda laboratoriyanın üzvləri iştirak ediblər.  İclası laboratoriyanın rəhbəri Aqil Şahmuradov giriş sözü ilə açaraq Elmi Şurada təsdiq olunmuş əsasnamədə nəzərdə tutulan işlərlə bağlı müzakirələri açıq elan edib.

İclasda üzvlər tərəfindən “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” kitabı ilə bağlı keçiriləcək tədbirlər, dəyirmi masalar, sayt rəhbərlərinin və KİV nümayəndələrinin də iş prosesinə cəlb olunması və başqa təkliflər irəli sürülüb. Çıxış edənlərdən Solmaz Rüstəmova-Tohidi, Aqşin Rüstəmov, Ülviyyə Rəhimova, Nərgiz Qurbanova, Misgər Məmmədov, Şahin Xəlilli  kitabda çap olunmuş məqalələrin cəmiyyət üçün faydalı olmasını vurğulayaraq onun yayılmasını, müxtəlif sahələr üzrə araşdırma və təhlil aparılmasını, tələbələrlə  müzakirə edilməsini məqsədəmüvafiq hesab ediblər. Bu məqsədlə də  laboratoriyanın  iş planı üçün  təkliflərin  hazırlanması qənaətinə gəlinib.  İclas irəli sürülən təkliflərlə  bağlı müzakirələrdən sonra yekunlaşıb.