XƏBƏRLƏR

Dünya Erqoterapiya Gününə həsr olunmuş təcrübə proqramı yekunlaşıb

29 noyabr, 2023

ADU-nun Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzinin təşkilatçılığı ilə universitetin Korreksiyaedici təlim ixtisası üzrə təhsil alan tələbələri Dünya Erqoterapiya Gününə həsr olunmuş təcrübə proqramını müvəffəqiyyətlə yekunlaşdırmışlar.

Erqoterapiya üzrə Təcrübə Proqramı "Tandem Mərkəzi"nin dəstəyi ilə həyata keçirilmişdir.

Təcrübə müddətində tələbələr Erqoterapiya fənni üzrə universitetdə qazandıqları nəzəri bilikləri təkmilləşdirmiş, praktikada tətbiq etmək imkanı qazanmış, Sensor İnteqrasiya fəaliyyətlərinin həyata keçirilməsi ilə əyani şəkildə tanış olmuş, sensor profilin, fərdi proqramın hazırlanması, diaqnostikanın aparılması ilə bağlı praktik bacarıqlar əldə etmişlər.