XƏBƏRLƏR

“Heydər Əliyev və multikulturalizm” adlı tədiri keçirilib

28 noyabr, 2023

Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının baş müəllimi Rəna Əhmədovanın təşkilatçılığı, 354 b qrup tələbələrin iştirakı ilə kafedranın "Heydər Əliyev ili" tədbirlər planına daxil olan növbəti “Heydər Əliyev və multikulturalizm” adlı tədiri keçirilib. Tədbirdə Tərcümə fakültəsinin dekan müavini Malik Kərimov, Təhsil 1 fakültəsinin dekanı Lalə Həsənova, kafedra müdiri dos. Sevda Zamanova, kafedranın müəllim və laborantları iştirak ediblər. 

Tədbiri giriş sözü ilə kafedranın baş müəllimi Rəna Əhmədova açaraq sonradan sözü qonaqlara və kafedra müdirinə verib. Çıxış edənlər Ümummilli lider Heydər Əliyevin multikulturalizm siyasəti haqqında fikirlərini bölüşüblər. 

Sonra tələbələr mövzu ilə bağlı prezentasiya təqdim ediblər. Tədbir bədii hissə ilə davam edib.