XƏBƏRLƏR

“Müstəqil Azərbaycanın formalaşmasında Heydər Əliyevin rolu” adlı​ tədbir keçirilib

28 noyabr, 2023

Azərbaycan Dillər Universitetində (ADU) Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının baş müəllimi Sevda Musayevanın təşkilatçılığı ilə 2023-cü il “Heydər Əliyev ili” ilə bağlı tədbirlər planının icrası ilə əlaqədar kafedranın növbəti “Müstəqil Azərbaycanın formalaşmasında Heydər Əliyevin rolu” adlı ​ tədbir keçirilib.

Tədbirdə rektorun müşaviri Anar Osmanlı, kafedranın müəllimləri, laborantları, Təhsil 1 fakültəsinin dekan müavini Lalə Həsənova və tədbir iştirakçıları olan Təhsil 2 fakültəsi təhsildə sosial psixoloji xidmət ixtisasının I kurs 132-ci qrup tələbələri iştirak ediblər.

​ Tədbirdə ​ kafedra müdiri dosent Sevda Zamanova, rektor müşaviri Anar Osmanlı Heydər Əliyevin Azərbaycanımız üçün gördüyü işlərdən danışıblar.

Sonra tələbələrin iştirakı ilə Heydər Əliyevin müxtəlif sahələrdə Respublikamızın inkişafı üçün gördüyü işlər barədə ətraflı məlumat veriblər.

Bədii hissə də tələbələrin ifasında ulu öndərə həsr olunmuş “Ulu bir sərkərdə, ulu bir öndər” adlı şer səsləndirilib. “Küçələrə su səpmişəm” və “Sarı gəlin” xalq ​ mahnıları ifa edilib.