XƏBƏRLƏR

Ali Məhkəmə əməkdaşlarının jurnalistika ixtisasında təhsil alan tələbələrlə görüşü keçirilib

27 noyabr, 2023

 Noyabrın 24-də “MEDİAlab” layihəsi  çərçivəsində jurnalisika ixtisasında təhsil alan və jurnalistikaya  marağı olan gənclər üçün  Azərbaycan Respublikasının Ali  Məhkəməsinin  Mülki  kollegiyasının  hakimi  Abiddin  Hüseynov və Cinayət kollegiyasının hakimi Rəşad Abdulov tərəfindən  “İfadə Azadlığı: Hüquqi təminatlar və demokratik cəmiyyətdə zəruri məhdudiyyətlər” mövzusunda  təlim keçirilib.  Təlimdə  jurnalistika  ixtisasının tələbələri  də iştirak ediblər.