XƏBƏRLƏR

ADU Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi beynəlxalq konfransda təqdim olunub

27 noyabr, 2023

   20-23 noyabr 2023-cü il tarixlərində Antalyada “Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə universitet kitabxanalarını yenidən düşünmək” mövzusunda ANKOSLink beynəlxalq konfransı keçirilib. 4 gün davam edən konfransda 22 ölkədən 500-ə yaxın iştirakçı, kitabxana işi sahəsində çeşidli informasiya xidmətləri göstərən 212 qurum və 56 firma iştirak edir. Maraqlı tərəflərin bir araya gəldiyi ANKOSLink beynəlxalq konfransı Türkiyədə və regionda kitabxana, nəşriyyat işinə dair yeniliklərin izlənildiyi, problemlərin müzakirə edildiyi, həll yollarının təklif olunduğu dinamik platformafır.

   Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun koordinatorluğu ilə Azərbaycandan 12 nəfərdən ibarət nümayəndə heyəti iştirak edib. Həmin konfransda ADU-nun Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin direktori Cəmilə Əliyeva da iştirak edib. Konfransda “Türk Cümhuriyyətlərində kitabxanaların inkişafı” adlı bölmə iclasında universitet kitabxanaları “Azərbaycan kitabxanalarının tanıtımı” mövzusunda təqdimatla çıxış edilib.

Azərbaycan nümayəndə heyyətlərinin çıxışlarında təqdimatla universitet kitabxanalarının e-kitabxanaları, rəqəmsal arxivləri və üzv olduğu Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun fəaliyyəti, beynəlxalq EIFL konsorsiumunun xidmətləri, EBSCO və digər elektron məlumat bazaları haqqında məlumat verilib.

Konfransda Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər türk dövlətlərinin kitabxana konsorsiumları da 10 nəfər nümayəndə heyyəti ilə iştirak ediblər.