XƏBƏRLƏR

Alman dili üzrə beynəlxalq imtahanlar üçün qeydiyyat keçirilib

27 noyabr, 2023

  Noyabrın 24-də Azərbaycan Dillər Universitetində ECL İmtahan Mərkəzində Alman dili B1 səviyyəsi üzrə beynəlxalq imtahan keçirilib.

Bildirilib ki, növbəti imtahan yanvar ayında universitetin digər- Təbriz küçəsində yerləşən binasında keçiriləcək.

Qeydiyyatdan keçmək istəyən şəxslər, Şəxsiyyət vəsiqəsi ilə 2023-cü il dekabr ayının sonunadək ADU-nun ıv mərtəbəsində yerləşən 412 nömrəli şöbəyə (Qrantlar - Layihələr) yaxınlaşmağınız xahiş olunur.

İmtahanlar Azərbaycan Dillər Universitetinin bazasında Təhsil 2 fakültəsi nəzdində, Xarici dillər kafedrasının müdiri, filologiya elmləri namizədi dos. Aida Sobor və Beynəlxalq Münasibətlər fakültəsi nəzdində Xarici dillər kafedrasının dosenti Qönçə Abdulrəhimova tərəfindən koordinasiya ediləcək.

Qeyd edək ki, imtahandan uğurla keçən şəxslər Beynəlxalq sertifikatlarla təltif olunacaqlar.

Əlaqə üçün

1.Aida Sobor tel : 0503757201

2.Qönçə Abdulrəhimova tel: 0503304842