XƏBƏRLƏR

ADU-nun rektoru kafedra əməkdaşları ilə görüş keçirib

27 noyabr, 2023

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla kafedra müdiri vəzifəsinə seçki keçirilən Psixologiya kafedrası, İngilis dilinin qrammatikası kafedrası, German dillərinin nəzəriyyəsi və praktikası kafedrası, Xarici dillərin tədrisi metodikası kafedrası və Xarici dillər kafedrasının kollektivi ilə görüşüb.

Akademik Kamal Abdulla kafedra müdiri vəzifəsinə seçilən şəxsləri təbrik edib, onlara uğurlar arzulayıb.  

Rektor ADU-nun gələcək elmi fəaliyyət perspektivlərindən, qarşıya qoyulan hədəf və məqsədlərdən danışıb.

Görüşdə kafedraların gələcək fəaliyyətinin daha məqsədyönlü və yüksək elmi inkişaf istiqamətində uğurla işini davam edəcəyi vurğulanıb. Bu məqsədlə müəllim və laborantların bilik və bacarıqlarının artırılması istiqamətində dünya təcrübəsinə əsaslanan proqramlarla tanışlıq və həmin proqramların öyrənilməsi zəruri faktor kimi səsləndirilib. 

Görüşlər müxtəlif təklif və suallarla davam edib.