Türkiyənin tanınmış aktyoru ADU-nun qonağı olub
24 noyabr, 2023

Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Türkiyənin məşhur aktyoru, “Kurtlar Vadisi” serialında ”Güllü Erhan” obrazı ilə sevilən Erhan Ufak ilə görüş keçirilib.
Görüş ADU TGT nəzdində fəaliyyət göstərən “KVN və Əyləncə” klubunun idarə heyətinin nümayiş etdirdiyi “Ölü ruh” səhnəciyi ilə başlayıb. Daha sonra Erhan Ufak və komandası çıxış edib.
Görüş tələbələrin suallarının cavablandırılması ilə davam edib.











