XƏBƏRLƏR

“Autizm spektr pozuntusunda psixoloji-pedaqoji iş” adlı seminar keçirilib

24 noyabr, 2023

  Azərbaycan Dillər Universitetində (ADU) Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzinin təşkilatçılığı ilə “Autizm spektr pozuntusunda psixoloji-pedaqoji iş” adlı seminar keçirilib.

T. Rzayevanın spikerliyi ilə təşkil olunmuş seminarda giriş nitqi ilə çıxış edən Pedaqogika kafedrasının dosenti N. Zeynalova müasir dövrdə SİM şəxslərin sayının artması və mövzunun daha böyük aktuallıq qazanması barədə danışıb.

Spiker ASP barəsində məlumat verib, korreksiyası yollarından bəhs edib.

Seminar müzakirə ilə yekunlaşıb.