XƏBƏRLƏR

“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda elmi-nəzəri seminar

23 noyabr, 2023

22 noyabr 2023-cü il tarixində Azərbaycan Dillər Universitetinin Elm şöbəsi, Doktorantura şöbəsi və Magistratura şöbəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda elmi-nəzəri seminar keçirilmişdir.

Seminarın açılışında ADU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru    prof. Novruz Məmmədov salamlama nitqi və Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələri ilə çıxış edib.

Tədbirin moderatoru Elm şöbəsinin müdiri, ped.f.d Sevda İmanova “Ulu Öndər Heydər Əliyev və gənclərin mənəvi tərbiyəsi” mövzusundakı çıxışında bildirib ki, Azərbaycan gənclərinin milli ruhda yetişməsi və milli-mənəvi dəyərlər əsasında tərbiyəsi və onun qorunması Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə qarşısına qoyduğu mühüm vəzifələrdən olmuşdur. Bu haqda o belə demişdir: - ” Biz öz milli-mənəvi, əxlaqi dəyərlərimizi, bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”.

Seminarda Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedasının doktorantı Xudayarova Günel “Ulu Öndər Heydər Əliyev və onun təhsil siyasəti”, Azərbaycan ədəbiyyatı kafedrasının doktorantı Nağıyeva Zülfiyyə “Heydər Əliyevin azərbaycançılıq ideologiyası və müasir Azərbaycan gəncliyi”, Təhsil fakültəsi, Xarici dillərin tədrisi metodikası  kafedasının doktorantı Atamova Leyla “Heydər Əliyev və Azərbaycan gəncliyi ”, Magistratura şöbəsinin I kurs tələbəsi Rəhimova Fidan “Heydər Əliyev irsi: müstəqil dövlətçilik və müasirlik” mövzusunda çıxışları ilə iştirak ediblər.