XƏBƏRLƏR

"Bir günlük Xəlifə" layihəsinə müraciət qaydası

23 noyabr, 2023

Əziz tələbələr!

Universitetimizin rektoru, akademik Kamal Abdullanın ideya müəllifi olduğu və artıq bir neçə ildir ki, gözəl ənənəyə çevrilmiş "Bir günlük Xəlifə" layihəsi uğurla davam edir.

İctimai, elmi, siyasi, sosial və tədris həyatında aktiv iştirak edən, akademik göstəriciləri yüksək olan tələbələr rektor, prorektor, dekan, şöbə və mərkəz müdiri və s. vəzifələrə öz namizədliklərini irəli sürə bilərlər.

Namizədlik üçün tələbələr CV və seçki platformalarını Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektorluğa təqdim etməlidirlər.

Müraciət üçün son tarix: 30 noyabr, 2023-cü il.

Əlaqələndirici şəxs: Xəndanə Babazadə

Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektorun assistenti

Tel.:(050-635-19-91)