XƏBƏRLƏR

Rəhman Bədəlovla görüş keçirilib

23 noyabr, 2023

21.11.2023-cü il tarixində professor Rəhman Bədəlovla Azərbaycan Dillər Universitetində görüş keçirilib. 

Görüşdə ADU-nun prorektoru, professor Novruz Məmmədov, Doktorantura şöbəsinin müdiri ped.f.d. Nərgiz Qarayeva, Magistratura şöbəsinin müdiri ped.f.d., dos. Firuzə Rzayeva, universitetin əməkdaşları, doktorant və magistrlar iştirak ediblər.

Olduqca mühüm tarixi və həyati əhəmiyyətli mövzuların müzakirəsi ilə yadda qalıb.

Professor kürəsəl mədəniyyət, nikbin və bədbin yanaşmaların, eləcə də həyat seçimləri, onların insan həyatına təsirləri, yazı kültürü, yazılı mədəniyyətin başlanması, "becərilmiş" dünyada "becərilmiş" insan fəlsəfi yanaşmasının açılımı, sosium və başqa məsələlər ətrafında olduqca əhəmiyyətli çıxışlar edib.