XƏBƏRLƏR

ADU-nun Xəlifə rektoru beynəlxalq tədbirdə iştirak edib

23 noyabr, 2023

Azərbaycan Dillər Universitetinin Xəlifə rektoru Məmməd Əhmədli 20-21 noyabr tarixlərində Bakıda keçirilən Qoşulmama Hərəkatının "Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması" mövzusundakı konfransda Xarici İşlər Nazirliyinin nümayəndə heyətinin tərkibində iştirak edib. 

Konfrans müddətində Məmməd Əhmədli Mali, Bolivya və Mavritaniyanın yüksək vəzifəli nümayəndələrini müşayiət edib.