XƏBƏRLƏR

ADU-nun rektoru və müəllimləri Beynəlxalq elmi-praktik konfransda iştirak ediblər

23 noyabr, 2023

2023-cü ilin16-17 noyabr tarixlərində ADU–nun Rusiyaşünaslıq mərkəzinin dəstəyi ilə Samara Dövlət Texniki Universitetində təşkil olunmuş  “Müasir iqtisadiyyatın inkişafında aktual problemlər və tendensiyalar” mövzusunda keçirilən  Beynəlxalq Elmi-Praktik Konfransda Azərbaycan Dillər Universitetinin rektor və professor-müəllim heyətinin nümayəndələri distant formada iştirak ediblər

Konfransın açılışında ADU-nun rektoru, akademik Kamal Abdullayev salamlama nitqi və “Multikultural təhlükəsizlik dövlətin mühüm doktrinası kimi” adlı məruzəsi ilə çıxış edib. Daha sonra plenar iclasda ADU-nun beynəlxalq əlaqələr kafedrasının dosenti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Təhsil şöbəsinin müdiri İrina Kunina “Multikulturalizmin Azərbaycan modeli: institutlar, formalaşma mexanizmləri” mövzusunda məruzəsini təqdim edib.

Rusiyaşünaslıq Mərkəzinin əməkdaşları və universitetin professor-müəllim heyəti “Müasir şəraitdə ölkələrin sosial-iqtisadi inkişafında multikulturalizm və regionşünaslıq məsələləri” bölməsində iştirak ediblər. Öz çıxışlarında Regionşünaslıq kafedrasının müdiri Sevdagül Əliyeva Azərbaycan xalqının etnomədəni xüsusiyyətlərinin qorunub saxlanmasının vacibliyini, Filologiya və sosial elmlər şöbəsinin rəhbəri Ədalət Abdiyeva  multikulturalizmin Azərbaycan modelinin qeyri-adi cəhətlərindən danışıb. Rusiyaşünaslıq Mərkəzinin rəhbəri Diana Hüseynzadə və mərkəzin elmi işçisi Sergey Klimov “Multikulturalizm - strateji resurs Azərbaycanın “yumşaq gücü” adlı məruzə ilə çıxış ediblər.  

Bölmənin iclası konstruktiv qaydada keçirilib və iştirakçılara ən vacib məsələlər ətrafında peşəkar fikir mübadiləsi aparmaq imkanı verilib.