XƏBƏRLƏR

Argentina səfirliyinin nümayəndələri ADU-da keçirilən dərsdə iştirak ediblər

21 noyabr, 2023

 Noyabrın 17-də Azərbaycan Dillər Universitetində (ADU) Argentina səfirliyinin nümayəndələri- konsul Leandro Daniel Verteramo və Ülviyyə Əzizova Regionşünaslıq Kafedrasının müəllimi Sara Ələsgərovanın “Cənubi Amerika ölkərinin mədəniyyəti və incəsənəti” fənni üzrə 469-cu qrup tələbələrinə keçdiyi dərsdə iştirak ediblər.

 Cənab Konsul Leandro Daniel Verteramo tələbələrə Argentinada kino mövzusunda təqdimat göstərib, Argentinada kino tarixi haqqında maraqlı məlumat verib.

Cənab Konsul Argentinada kino tarixinin qızıl dövrü və diktatura dövründəki kino fəaliyyətindən bəhs edib.

O, həmçinin Argentinada müxtəlif kino janrları və Oskar mükafatına layiq görülmüş Argentina filmləri haqqında ətraflı məlumat verib, tələbələrə izləmək üçün müxtəlif janrlarda filmlər tövsiyə edib.

Dərsin sonunda konsul tələbələrin Argentina mədəniyyəti ilə bağlı suallarını cavablandırıb.

Argentinanın Bakıdakı səfirliyinin nümayəndələri dərsin gedişi və tələbələrin bilik səviyyəsindən razı qalıblar.