XƏBƏRLƏR

Təhsil 2 fakültəsində kafedra müdiri seçkisi keçirilib

16 noyabr, 2023

  Noyabrın 14-də Azərbaycan Dillər Universitetində (ADU) Təhsil 2 fakültəsi nəzdində "Psixologiya" kafedrasında iclas keçirilib.

İclasa sədrlik edən fakültə dekanı dosent Salman Nuriyev gündəlikdə duran məsələni açıqlayaraq, kafedra müdiri vəzifəsini tutmaq üçün 10 oktyabr 2023-cü il tarixli "Xalq" qəzetində  dərc edilmiş müsabiqə haqqında elanı iclas iştirakçılarının diqqətinə çatdırıb.

Müsabiqəyə ərizə vermiş kafedranın dosenti Ceyhun Alıyevin fəaliyyət platforması dinlənilib. İclas İştirakçılarından dos. M. Məmmədov, dos. Akif Quliyev və fəlsəfə doktoru Şəfəq Şahməmmədova çıxış edərək, Ceyhun Alıyev haqqında müsbət fikirlərini çatdırıblar.

Beləliklə, açıq səsvermənin nəticəsinə görə dosent Ceyhun Alıyevin "Psixologiya" kafedrasının müdiri vəzifəsini tutması barədə vəsadət qaldırılaraq, fakültə Elmi Şurasına tövsiyə olunması qərara alınıb.

15 Noyabr 2023-cü ildə Təhsil 2 fakültəsində Elmi Şura keçirilib və gizli səs vermənin nəticəsinə əsasən, Ceyhun Alıyev yekdilliklə "Psixologiya" kafedrasının müdiri vəzifəsinə seçilib.

Sonda cari məsələ barədə sədr dos. S. Nuriyev,  prof. M. Qayıbova və dos. E. Əbdülrəhimovun birgə hazırladığı "İntermediate English" kitabının müzakirəsi keçirilib.  İxtisas kafedralardan təqdim olunan rəylərə əsasən kitabın çap olunması üçün universitet Elmi Şurasına tövsiyə olunması haqqında qərar qəbul olunub.