XƏBƏRLƏR

Avropa Azərbaycan Məktəbi tərəfindən ADU-da təlim keçirilib

16 noyabr, 2023

Azərbaycan Dillər Universitetində Əlavə təhsil, təcrübə və karyera şöbəsinin və Avropa Azərbaycan Məktəbinin birgə təşkilatçılığı ilə “Tələbələr üçün İB təlimi” mövzusunda təlim keçirilib.

Təlimdə universitetin rektorunun müşaviri Anar Osmanlı, Əlavə təhsil, təcrübə və karyera şöbəsinin müdiri Nəsir Xankişiyev, Əlavə təhsil, təcrübə və karyera şöbəsinin mütəxəssisi Leyla Abbasova və inspektoru Cəmilə Məmmədova, Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bankini, Avropa Azərbaycan Məktəbinin Marketinq şöbəsinin əməkdaşları- Zərifə Rəhimova, Nahid Həsənzadə, Aynur Rəhimli və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Əlavə təhsil, təcrübə və karyera şöbəsinin müdiri Nəsir Xankişiyev təlimlərin məqsədi barədə tələbələrə məlumat verib. Daha sonra rektorun Müşaviri Anar Osmanlı, AAM-nin direktoru Françesko Bankiniyə əməkdaşlıq üçün təşəkkür edərək ona və tələbələrə uğurlar arzu edib.

Sonra Françesko Bankini auditoriyanı salamlayaraq təlimin qarşısında duran məqsədlərdən bəhs edib. O, həmçinin İB proqramı və kurikulumu, öyrənmə strategiyası, qabiliyyət əsaslı yanaşma, fərqləndirmə, şagirdlərin dərsə cəlb olunması və qiymətləndirməsi mövzusunda təlim keçib.

İlk təlim tələbələr tərəfindən maraqla qarşılanıb və onlar fəal şəkildə prosesə cəlb olunublar.

 Onlar təlim boyu müxtəlif suallarla cənab Bankiniyə müraciət edib və yeni məlumatlar əldə ediblər.

Görüşdə 150-dən çox tələbə iştirak edib.