XƏBƏRLƏR

“Mən həmişə fəxr etmişəm ki, mən Azərbaycanlıyam!” adlı tədbir keçirilib

16 noyabr, 2023

 Azərbaycan Dillər Universitetində (ADU) Təhsil 2 fakültəsi nəzdində Psixologiya kafedrasının təşkilatçılığı ilə 132-cü qrup tələbələrinin birgə ərsəyə gətirdikləri  “Mən həmişə fəxr etmişəm ki, mən Azərbaycanlıyam!” adlı tədbir keçirilib.

Tədbirdə rektorun məsləhətçisi Anar Osmanlı, Təhsil 2 fakültəsinin dekanı, dosent Salman Nuriyev, Təhsil 1 fakültəsinin dekanı professor Fikrət Cahangirov, kafedra müdirləri, Psixologiya kafedrasının əməkdaşları və tələbələr iştirak ediblər.

Tələbələr Ulu öndər Heydər Əliyevin iqtisadi və siyasi, eləcə də təhsil sahəsində apardığı islahatlardan bəhs ediblər.

Tədbirin bədii hissəsində onların ifasında vətənə həsr olunmuş musiqilər dinlənilib, rəqslər nümayiş olunub.

  Bildirilib ki, tədbirdə “Zəfər günü” də qeyd edilib, şəhidlər anılıb. Tədbirdə həmçinin şəhid Anar Əliyev, şəhid Samir İslamov və şəhid Rauf Əliyevin ailə üzvlər iştirak ediblər. Şəhidlərin keçdiyi həyat yolundan ibarət videoçarxlar nümayiş olunub, tələbələrin çıxışları dinlənilib.

Tədbirin sonunda iştirak edən tələbələr təşəkkürnama ilə təltif olunublar.