XƏBƏRLƏR

ADU-da Zəfər günü ilə bağlı tədbir keçirilib

15 noyabr, 2023

  Azərbaycan Dillər Universitetində (ADU) Təhsil-1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının təşkilatçılığı ilə Zəfər günü ilə bağlı tədbir keçirilib.

Tədbir adıçəkilən kafedranın müəllimləri Aygül Eyyubova və Vüsalə Məmmədova, Təhsil-2 kafedrasının 221A, 223B və 228 qrup tələbələrinin təkilatçılığı ilə ərsəyə gəlib.

Öncə kafedranın müdiri dosent Günay Şirəliyeva açlış nitqi ilə çıxış edib. Sonra tələbələr işğaldan azad olmuş ərazilər haqqında məlumat verib, şeirlər söyləyib və mahnı ifa ediblər.

Tədbirdə qonaq qismində qazi Kənan Kərimov iştirak edib, sonda tələbələrə təşəkkürnamə təqdim edib.