XƏBƏRLƏR

ADU-da "Disleksiya nədir?" mövzusunda seminar keçirilib

14 noyabr, 2023

 Azərbaycan Dillər Universitetinin (ADU) Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzinin təşkilatçılığı ilə "Disleksiya nədir?" mövzusunda seminar keçirilib. Seminar pedaqoq-mentor T. Möhsünovanın spikerliyi ilə reallaşıb.

Təqdimat zamanı disleksiya barədə geniş məlumat verilib, aradan qaldırılması yollarından bəhs edilib, tələbələrin sualları cavablandırılıb, açıq müzakirə təşkil olunub.