XƏBƏRLƏR

ADU-nun müəllimləri sertifikata layiq görülüblər

13 noyabr, 2023

Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının müəllimləri "Birgə və Sağlam" İctimai Birliyi, "İnklüziv İnkişafa Dəstək Mərkəzi" Əlavə Təhsil Müəssisəsi və "Uygulamalı Davranış Analizi Derneği"nin təşkilatçılığı ilə keçirilmiş seminarda iştirak ediblər.

"Uşaq və yeniyetmələrdə cinsi tərbiyə" adlı seminar Tətbiqi Davranış Analizi və uşaq inkişaf mütəxəssisi T.Süzerin spikerliyi ilə təqdim olunub. 

Müəllimlərimiz sertifikata layiq görülüblər.