XƏBƏRLƏR

ADU-da Dünya Erqoterapiya Gününə həsr olunmuş seminar keçirilib

07 noyabr, 2023

ADU-nun Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzinin təşkilatçılığı, qardaş Türkiyə Cümhuriyyətindən dəvət edilmiş uzman erqoterapevt Abdulkadir Ulunun spikerliyi ilə "Erqoterapiya nədir?" mövzusunda seminar keçirilmişdir.

Məlumatlandırma, maarifləndirmə xarakterli görüşə ali təhsil müəssisəsinin müəllim heyəti, Korreksiyaedici təlim ixtisası üzrə təhsil alan tələbələri, həmçinin ölkənin müxtəlif reabilitasiya mərkəzlərində çalışan mütəxəssislər qoşulmuşlar.

Seminar spikerin təqdimatı, iştirakçıların ünvanladığı suallar əsasında müzakirənin təşkili ilə davam etdirilmişdir.

Seminarın sonunda Uzm.Erg.Abdulkadir Ulu təşəkkürnamə ilə təltif olunmuş, iştirakçılar isə sertifikata layiq görülmüşlər.