XƏBƏRLƏR

ADU-da “Böyük Qayıdış” adlı tədbir keçirilib

04 noyabr, 2023

  Noyabrın 4-də  Azərbaycan Dillər Universitetində (ADU)  Filologiya fakültəsi nəzdində Xarici Dillərin Tədrisi metodikası kafedrasının dosenti Könül Fərəcbəyli və Magistratura şöbəsinin birgə təşkilatçılığı ilə “Böyük Qayıdış” adlı tədbir keçirilib.

Magistratura şöbəsinin 114 və 214 nömrəli qruplarında təhsil alan magistrantları ilə hazırlanan tədbirdə öncə Dövlət himninin səsləndirilib, sonra şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə magistrantlar və sözügedən kafedranın müəllimləri böyük zəfərə gedən tarixi yoldan geniş söhbət açıb və öz təqdimatlarını nümayiş etdiriblər.

Tədbirin aparıcısı  214 qrup magistrantı Çinarə Zahirli olub.

ADU-nun elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov çıxışında Azərbaycan dövlətçilik tarixində işğaldan azad olunan torpaqların ilk zəfərindən danışıb.

 114 qrup  magistrantı Leyla Əliyeva  “Azərbaycan” adlı şeiri səsləndirib.

114 qrup magistrantı Məmmədli Günel ingilis dilində Qarabağın tarixi və mədəniyyəti, 20-ci əsrin faciəsi olan Xocalı soyqırımı və Ulu Öndər Heydər Əliyevin hakimiyyət dövrü, 214 qrup magistrantı Nərgiz Sadiqova isə Azərbaycan dilində Birinci Qarabağ müharibəsi haqqında çıxış ediblər.

Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının dosenti Zenfira Quliyeva öz xatirələrini bölüşüb və nitqini Novruz Gəncəlinin “Sülhə gəlin, ey insanlar” adlı şeiri ilə bitirib.

Daha sonra 214 qrup magistrantı Leyla Zeynalova Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimov, 114 qrup magistrantı Diana Orucova aprel döyüşləri haqqında, 214 qrup magistrantı Nahidə Şükürova rus dilində general mayor Polad Həşimovun qəhrəmanlığı barədə, 214 qrup magistrantı Habil Rzayev ingilis dilində 44 günlük ikinci Qarabağ müharibəsi mövzsusunda və 114 qrup  magistrantı Şəbnəm Heydərli isə qələbəmizə həsr olunmuş şeir ilə çıxış ediblər. Sonda isə XDTM kafedrasının dosenti Qələmşah Heybətov “Azad Xankəndi” mövzusunda öz video çıxışını təqdim edib.