XƏBƏRLƏR

ADU-da şahmat idman növü üzrə yarış keçirilib

04 noyabr, 2023

30-31 oktyabr 01-03 noyabr tarixlərində Azərbaycan Dillər Universitetində (ADU) Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş universitetdaxili müəllim və tələbələr arasında şahmat idman növü üzrə yarış keçirilib.

Noyabrın 3-də yarışın mükafatlandırma tədbiri keçirilib.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib.

Tədbiri açıq elan edən universitetin Filologiya fakültəsinin 2 kurs tələbəsi, ADU-nun nəzdində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatının (TGT) mətbuat katibi Ayan Əhmədzadə Ulu öndər Heydər Əliyevin fəaliyyəti və idman sahəsində gördüyü işlər üzrə məruzə edib.

ADU-nun rektoru, akademik Kamal Abdulla qalibləri təbrik edib, yarış təşkilatçılarına təşəkkürünü bildirib, tələbələrin şahmata olan marağını yüksək qiymətləndirib. 

Qaliblər diplom, kubok və medallarla təltif olunublar.

Müəllimlər arasında 1-ci yerə Əli Məmmədov, tələbələr arasında 1-ci yerə Təhsil 2  fakültəsinin 4 cü kurs tələbəsi Şahin Hacıyev, müəllimlər arasında 2-ci yerə Qızılgül Şirəlizadə, tələbələr  arasında 2-ci yerə BMR fakültəsinin 1-ci kurs tələbəsi Yasəmən Məmmədova, müəllimlər arasında 3-cü  yerə idman klubunun məşqçi-müəllimi Ramil Mahmudov, tələbələr arasında 3-cü yerə Filologiya fakültəsinin 1-ci kurs tələbəsi Ülviyyə Novruzzadə layiq görülüb.