XƏBƏRLƏR

Professor Adil Babayevin “Koroğlunun Çənlibelə qayıdışı” tamaşası nümayiş olunub

04 noyabr, 2023

 Noyabrın 3-də Azərbaycan Dillər Universitetində (ADU) “Heydər Əliyev ili” çərçivəsində keçirilən tədbirdə professor Adil Babayevin “Koroğlunun Çənlibelə qayıdışı” tamaşası tələbə və müəllimlərə nümayiş etdirilib.

Tədbirdə Dövlət himni səslənib, Şəhidlərin xatirəsi anılıb.

Elmi işlər üzrə prorektor professor Novruz Məmmədov çıxış edərək tədbirin əhəmiyyətindən, professor Adil Babayevin nailiyyətlərindən danışıb, onun bu səhnələşdirilmiş əsərinin Ümummilli lider Heydər Əliyevə həsr olunduğunu tələbələrin diqqətinə çatdırıb.

 ADU Ərazi partiya təşkilatının sədri dos. Qorxmaz Mustafayev çıxış edərək Ümummilli liderin 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev ili”ndə universitetdə silsilə tədbirlərin keçirildiyini, bu tədbirin də Ülu öndərə həsr olunduğunu qeyd edib.

 «Azərbaycan dilçiliyi» kafedrasının müdiri dosent Fərəh Niftəliyeva professorAdil Babayevin elmi fəaliyyəti haqqında danışıb, onun dilçilik sahəsindəki araşdırmaları və tamaşaya qoyulan əsəri haqqında məlumat verib.

Sonda çıxış edən prof. Adil Babayev ADU rəhbərliyinə diqqətə görə təşəkkürünü bildirib, əsərin yazıldığı tarixi dövr haqqında məlumat verib, Azərbaycanı mövcud təhlükələrdən xilas edən Ulu öndər Heydər Əliyevin fəaliyyətini diqqətə çatdırıb.

Çıxışlardan sonra “Koroğlunun Çənlibelə qayıdışı” tamaşasının video çəkilişi tələbələrə nümayiş olunub.