XƏBƏRLƏR

Pakistanlı dekan ADU-nun tələbələri ilə görüşüb

04 noyabr, 2023

Azərbaycan Dillər Universitetinin (ADU) Xarici dillər kafedrasının baş müəllimi Sevdanın Abuzərlinin təşəbbüsü ilə Pakistanın Kompüter və İnkişaf etməkdə olan Milli Elmlər Universitetinin Humanitar Elmlər fakültəsinin dekanı Dr. Summaira Sarfrazın universitetin Pakistanşünaslıq ixtisası üzrə təhsil alan tələbələri ilə görüşü keçirilib.

Dr. Summaira Sarfraz tələbələrə Pakistan mədəniyyəti, dil öyrənmədə mədəniyyətin yeri haqqında geniş məlumat verib.

Görüşün sonunda Dr. Summaira Sarfraz tələbələrin suallarını cavablandırıb.