XƏBƏRLƏR

ADU kitabxanasına “44 Gün Zəfər Salnaməsi” kitabı hədiyyə olunub

04 noyabr, 2023

Azərbaycan Dillər Universitetinin əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Tural Cəfərli müəllifi olduğu “44 Gün Zəfər Salnaməsi” adlı sənədli-publisistik kitabından bir neçə nüsxəsini  ADU-nun Kitabxana fonduna hədiyyə edib.

Qeyd edək ki, kitabda şanlı  44 günün tarixi xronikası, döyüşlərin strateji əhəmiyyəti, Vətən müharibəsi qəhrəmanlarının siyahısı, Ali Baş Komandan İlham Əliyevin dünya mətbuatına vermiş olduğu müsahibələr yer alıb. 

Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.