XƏBƏRLƏR

ADU-da elmi-praktik seminar keçirilib

03 noyabr, 2023

Noyabrın 3-də Azərbaycan Dillər Universitetində (ADU) ADU Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi və Elm şöbəsinin birgə təşkilatçılığı ilə universitetin professor və müəllim heyyətinə  “Elmi platformalarda məlumatın idarə olunması” adlı elmi-praktik seminar keçirilib.

Seminarda Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin direktoru Cəmilə Əliyeva çıxışında bildirib ki, zaman keçdikcə hər xidmət sahəsində olduğu kimi kitabxanalarda da xidmət funksiyaları dəyişir. ADU Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinın əsas və mühüm məqsədlərindən biri tədris prosesinə informasiya dəstəyi göstərməkdən ibarətdir və bu proses bir neçə istiqmətdə həyata keçirilir

Bu istiqamətlərdən biri də müasir təhsil sisteminin bütün pillələrinin əlaqəli inkşafı və inteqrasiyasını təmin etməklə elm-metodiki və akademik xidmətləri göstərmək günümüzün aktual iş prinsipidir. Universitetin professor və müəllim heyyətinə, magistr, doktorant və tədqiqatçılarına möhtəbər akademik platformalardan istifadə bacarıqlarının aşılanmasıdır. Bu xidmət Azərbaycan universitet kitabxanaları arasında yalnız ADU Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzində  göstərilir.

   Seminarda  dosent Pərviz Kazimi “Google Scholar(google akademiya) və Academia.edu “elmi patformasında məlumatın idarə olunması“ mövzusunda elmi-praktik seminar kecirilməsində məqsəd nədir?”, “Google Scholar profili, Academia.edu profili; Profilin yaradılması-nədir?”, “İnformasiyanın yüklənməsi”, “İstinadların hesablanması qaydaları”,  “Qiymətləndirmə  prosesi (h-index)”, “H indeksinin hesablanması”  kimi mövzular ətrafında geniş təqdimatla çıxış edib.

Seminar zamanı iştirakçıların sualları elmi üsullarla cavablandırılıb.

Seminar müxtəlif yöndə maarifləndirici tövsiyyələrlə başa çatıb.