XƏBƏRLƏR

Professor Fərman Zeynalovun yeni kitabı işıq üzü görüb

03 noyabr, 2023

ADU-nun professoru, ingilis dilinin fonetikasi kafedrasının müdiri professor Fərman Zeynalovun “DİLLƏRİN QURULUŞ MÜXTƏLİFLİYİ VƏ RİTMİK STRUKTURLARIN İZOMORFLUĞU PROBLEMİ” adlı yeni kitabı nəşr olunub. 

Bu kitabda ilk dəfə olaraq dünya dillərinin quruluş müxtəlifliyi və ritmik strukturları izomorfluğu məsələsi təbii obyektlərin, xüsusilə kristalların və genetik kodun, habelə kainata xas olan universal ritmik proseslərin işığında da araşdırılır.

Dilçilik elminin başqa elmlərə qovuşduğu sahələrin tədqiqinə həsr olunmuş bu əsər nəzəri cəhətdən əhəmiyyət kəsb edən nəticələri  özündə ehtiva edir. Bu əsər dilçilikdə  belə bir səpkidə yazılan ilk tədqiqat işidir.

Əsər təkcə dilçilər, filoloqlar üçün deyil, eləcə də humanitar elmlər sahəsində təhsil alan tələbələr, magistrlər, doktorantlar, elmi işçilər va başqaları üçün də faydalı bir mənbə ola bilər.