XƏBƏRLƏR

ADU-nun tələbələri intellektual yarışda qalib olublar

02 noyabr, 2023

 Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı  və Bakı Gənclər Mərkəzinin dəstəyi ilə 8 nayabr tarixində keçirilən, Zəfər gününə həsr olunmuş “Zəfər kuboku” intellektual yarışda iştirak ediblər.

 Bildirilib ki, yarışda iştirak edən ADU-nun tələbələri ikinci yerə layiq görülüblər.

Qeyd edək ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Canubi Qafqazın ən böyük tələbə təşkilatı olub, ölkəmizin ali va orta ixtisas təhsili müəssisəsində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatlarının çətir təşkilatıdır.

İttifaqın əsas missiyası əhatə etdiyimiz gənclərin təhsildən kənar həyatının təşkili, dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsi olan gənclər siyasətinin icrasında tələbə gənclərin rolunu stimullaşdırmaqdır.