XƏBƏRLƏR

Milli Məclisin deputatı Nigar Arpadarai ADU-nun tələbələri ilə görüşüb

02 noyabr, 2023

 Noyabrın 1-də Azərbaycan Dillər Universitetində Beynəlxalq jurnalistika şöbəsinin müdiri, baş müəllim Nərgiz Çərkəzqızının, TGT-nin təşkilatçılığı və Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi Ceyhun Mustafayevin təşəbbüsü ilə “İctimaiyyətlə əlaqələr və jurnalsitika” adlı tədbir keçirilib.

Bildirilib ki, tədbirdə qonaq qismində Milli Məclisin deputatı Nigar Arpadarai iştirak edib.

Tədbiri giriş sözü ilə açan Beynəlxaq jurnalistika şöbəsinin müdiri, baş müəllim Nərgiz Çərkəzqızı tarixi günlər yaşadığımızı qeyd edərək, Ali Baş Komandanın və ordumuzun torpaqlarımızı azad etməsi, Qarabağ probleminin birdəfəlik həll olunması haqqında ətraflı məlumat verib. 

Tədbirdə iştirak edən Anar Osmanlı Heydər Əliyevin jurnalistika istiqamətində göstərdiyi xidmətlər haqqında danışıb, antiterror əməliyyatı barədə də ətraflı məlumat verib.

Nigar Arpadarai PR, İctimaiyyətlə əlaqələr, jurnalistikanın prinsipləri, funksiyaları mövzusunda vacib məqamları tələbələrlə bölüşüb. Gələcəkdə peşəkar jurnalist kimi çalışmaq üçün faydalı məsləhətlər verib.

 Deputat tələbələrə çalışdığı sahədən, keçdiyi həyat yolundan, təcrübələrindən söz açıb.

Daha sonra qonaq tələbələrin suallarını cavablandırıb.